“Force of Love” — sadəcə bir festival deyil, bu, “NARGIS” jurnalının təşkilatçılığı ilə keçirilən xeyirxahlığın, yaradıcılığın və mənəvi birliyin əsl bayramıdır.
Bu il “Nargis” Fondu festivalda 2 saylı Uşaq Evinin uşaqlarına həsr olunmuş xüsusi bir guşə təqdim etdi. Balaca rəssamların öz əlləri ilə çəkdikləri rəngarəng rəsmlər stendimizi böyük sevgi ilə bəzədi. Festival qonaqları bu rəsmləri sevə-sevə əldə etdilər və həmin rəsmlərin satışından əldə olunan bütün gəlir uşaqlara təqdim olundu.
Bundan əlavə, uşaqlar @flaminco.az tərəfindən yadda qalan hədiyyələr aldılar, məmnuniyyətlə ustad dərslərində iştirak etdilər, uşaq tamaşasına baxdılar və şənlik, gülüş və unudulmaz anlarla dolu bir gün keçirdilər.
Bu gün bir daha sübut etdi ki, əsl güc – sevgi, mərhəmət və bir-birimizə göstərdiyimiz qayğının içindədir.