Xəbərlər 16/01/25

Azercell x «Nargis» Fund

Əziz dostlar!

Sizin dəstəyiniz çoxlarına ümid və sevinc bəxş edə bilər. Azercell ilə birgə aztəminatlı ailələrə yardım etmək üçün təşkil etdiyimiz xeyriyyə kampaniyasına qoşulmağa dəvət edirik!

Qoşulmaq çox sadədir: balansınızı artırın, daha sonra 1-dən 9-a qədər bir rəqəmi 7303 nömrəsinə göndərin. Azercell abunəçiləri 1-dən 9 AZN-ə qədər ianə edə bilərlər. Göndərdiyiniz hər bir SMS bizim xeyriyyə missiyamıza töhfədir.

Hər bir ianə çətin vəziyyətdə olan ailələr üçün parlaq gələcəyə bir addımdır. Gəlin ürəklərimizi və resurslarımızı birləşdirək, dünyamızı daha mərhəmətli edək!

Qoşulun, məlumatı dostlarınız və yaxınlarınızla paylaşın – birlikdə daha çox şey bacararıq!