Dünya Xeyirxahlıq Gününə həsr olunmuş aksiyamız uğurla başa çatdı və 1364.62 AZN məbləğində vəsait toplandı! Bu müddət ərzində sizin dəstəyiniz sayəsində daha çox uşağa kömək edə bildik və xeyirxahlığı hər bir dilimlə paylaşdıq.
Four Seasons Hotel Baku @fsbaku ilə birgə Piazza Lounge-ın eksklüziv desert menyusunda təqdim etdiyimiz “Four the Heart” adlı əl işi deserti, həm ləzzət baxımından, həm də mənalı bir məqsəd güdməsi ilə xüsusi bir əhəmiyyət daşıdı.
Toplanan vəsait, ehtiyacı olan uşaqlara dəstək olmaq məqsədilə "Nargis" Fonduna ianə olaraq göndərildi. Bu təşəbbüs, sevgi, diqqət və dəstəyin bir araya gəlməsi ilə mümkün oldu.
Bu xeyirxah təşəbbüsə qatılan və dəstəyini əsirgəməyən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox xeyirxahlıq yaymağa davam edəcəyik.