Xəbərlər 23/05/25

Raul yenidən çempion oldu!

İstənilən yaşda uğurun arxasında zəhmət, möhkəm iradə və əzmkarlıq dayanır. 9 yaşlı Raul Məmmədəliyev “Səfərov Cüdo Akademiyası”nın yetirməsi olaraq ölkəmizdə və xaricdə uğurlar qazanır.

10-11 mayda Çexiyada keçirilən Avropa Qrand Pri turnirində bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görüldü. Bu, Raulun ilk qələbəsi deyil; o, artıq bir neçə beynəlxalq arenada ölkəmizi şərəflə təmsil edib.

Onun inkişafına “Nargis” Fondunun təsisçisi Ülviyyə Mahmud @olivem4h sponsorluq edərək, Raulun daha böyük uğurlara imza atmasına dəstək olub. O, nailiyyətlərini Azərbaycan xalqına həsr edir və valideynlərinə, məşqçilərinə təşəkkür edir.

Gələcək idman fəaliyyətində uğurlar arzu edirik, çempion!