Yarmarkalar 13/12/21

Yarmarkanın Unudulmaz Açılışı!

Dekabrın 13-də “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi keçirildi. Bu münasibətlə yarmarkada xodulistlər, jonqlyorlar, “Paw patrol” cizgi filminin personajları, eləcə də “Merry Band” qrupunun iştirakı ilə bayram paradı təşkil olundu. Parada paytaxt sakinləri və qonaqları, diplomatlar, eləcə də estradamızın parlaq ulduzları Aygün Kazımova, Faiq Ağayev, Tünzalə Ağayeva, Xəyyam Nisanov, Zamiq Hüseynov və Miri Yusif qoşuldu. Daha sonra Fondun təsisçisi Ülviyyə Mahmudova tanınmış qonaqları yarmarkanın ən gözəl guşələrindən biri olan Şaxta Babanın “Möcüzə Evi”ndə topladı, sənətçilər isə yarmarka ziyarətçiləri ilə bol xatirə şəkilləri çəkdirdi. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və British Council-in Azərbaycandakı rəhbəri Francis Gardener-Trejo həmçinin açılış mərasiminin qonaqları oldular.

Eyni zamanda 13 dekabr tarixində “Nargis” Fondu və Jurnalı 9-cu yaşını qeyd edirdi, bu münasibətlə mərasimin sonunda qonaqlar ad günü tortu kəsdi.