Yeni tədris ili başlayarkən, "Nargis" Fondu yenidən ürəkləri isidən bir addım atıb. Ehtiyacı olan ailələrə dəstək məqsədilə bir qrup şagirdə məktəb forması və çanta hədiyyə olunub. Layihə çərçivəsində formalar və çantaların təminatı üçün 1288 AZN məbləğində xərcləmə həyata keçirilib.
Bu kiçik, amma mənalı jest uşaqların məktəbə daha böyük sevinc və inamla başlaması üçün atılmış böyük bir addımdır.
"Nargis" Fondu inanır ki, hər bir uşaq bərabər təhsil hüququna malikdir və hər çanta içindəki arzularla dolu bir dünya deməkdir.