Paytaxtın restoran və kafeləri yeni xeyriyyə aksiyasına qoşuldu

Artıq altıncısı keçirilən “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkası Fəvvarələr meydanını yeni il ab-havasına bürüyərək şəhərimizin sakinlərini və qonaqlarını sevindirməyə davam edir.

Əsas məqsədi aztəminatlı və müalicəyə ehtiyacı olan uşaqlara kömək etmək olan bu yarmarka bu məqsədlə yeni layihəyə imza atdı. Bu ildən etibarən “Nargis” fond “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası çərçivəsində paytaxtın kafe və restoranlarına ianə qutuları yerləşdirərək müştərilərə yekun hesaba istənilən məbləği əlavə etmək imkanı yaratdı. Bu məbləğ fondun hesabına köçürələrək əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara yönəldiləcək.

Bu xeyriyyə aksiyasında bizə yardım edən hər kəsə minnətdarlığımızı bildiririk!

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *