Leykoz 19/05/25

Cəmilə Ağamətova

“Nargis” Fondu komandası olaraq, 2025-ci il "Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkasının hesabatına Cəmilə Ağamətova ilə davam edirik.

Cəmilə leykoz xəstəliyindən əziyyət çəkirdi və müalicəsi üçün ümumilikdə 80.000 ABŞ dolları tələb olunurdu. Türkiyənin qabaqcıl klinikalarından birində əməliyyat olunması üçün bu məbləğin bir hissəsi ailəsi tərəfindən qarşılanmış, qalan hissə isə “Nargis” Fondu tərəfindən ödənilmişdir.

Əməliyyat uğurla tamamlanıb və Cəmilə artıq öz ailəsinin yanındadır.

"Torpaq Əlimdə, Bahar Ürəyimdə" yarmarkasında iştirak edən bütün sponsor və iştirakçılara, eləcə də xeyirxah şəxslərə göstərdikləri dəstəyə görə təşəkkür edirik! Bundan əlavə, Cəmilə və ailəsinin Türkiyəyə səfərini aviabiletlərlə təmin edən @azerbaijanairlines -a minnətdarlığımızı bildiririk!