“Nargis” Fondu komandası olaraq, 2025-ci il "Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkasının hesabatına Əbəlfəz Səfərəlizadə ilə start veririk.
Əbəlfəz B-talassemiya xəstəliyindən əziyyət çəkirdi və əməliyyatı üçün ümumilikdə 80.000 ABŞ dolları tələb olunurdu. Türkiyənin aparıcı klinikalarından birində əməliyyat olunması üçün bu məbləğin yarı hissəsi Əbəlfəzin valideynləri tərəfindən toplanmış və xəstəxanaya köçürülmüşdü. Qalıq məbləğ- 38.500 ABŞ dolları "Nargis" Fondu tərəfindən qarşılanmışdır.
Əbəlfəzin əməliyyatı uğurla həyata keçirilib və qeyd etmək istərdik ki, o artıq Bakıdadır.
"Torpaq Əlimdə, Bahar Ürəyimdə" yarmarkasında iştirak edən bütün sponsor və iştirakçılara, eləcə də xeyirxah şəxslərə göstərdikləri dəstəyə görə təşəkkür edirik! Bundan əlavə, Əbəlfəzin və ailəsinin Türkiyəyə səfərini aviabiletlərlə təmin edən @azerbaijanairlines -a minnətdarlığımızı bildiririk!