Talassemiya 07/02/25

Emil Lətifli

Əziz dostlar!

“Soyuq Əllər, İsti Ürək” 2024/2025 xeyriyyə yarmarkası, sponsorların, mesenatların, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka evlərinin kirayəsi nəticəsində əldə olunan gəlir sayəsində daha bir uşağın həyatına ümid gətirdik!

12 yaşlı Emil Lətifli B talassemiya xəstəliyindən əziyyət çəkirdi və müalicəsi üçün 78.000 ABŞ dolları tələb olunurdu. Məbləğin bir hissəsi-Emilin valideynləri tərəfindən toplanmışdı. Xeyriyyə yarmarkasınıdan əldə olunan gəlir və xeyirxah insanların dəstəyi ilə bu məbləğ tam şəkildə toplanaraq, onun Türkiyənin Antalya şəhərində müalicə almasına imkan yaratdı.

Emil artıq sağalıb və Bakıya qayıdıb! Bu sevincə töhfə verən bütün sponsorlarımıza, mesenatlara və yarmarka iştirakçılarına dərin minnətdarlığımızı bildiririk!

Xüsusilə də Emili və ailə üzvlərini uçuş biletləri ilə təmin edən @azerbaijanairlines -a təşəkkür edirik!

Birlikdə daha çox uşağa ümid ola bilərik!