“Torpaq Əlimdə, Bahar Ürəyimdə” yarmarkasının yaratdığı imkanlar sayəsində bu dəfə köməyimiz Loğman Alməmmədliyə çatdı.
Loğman B talassemiya diaqnozu ilə mübarizə aparırdı və həyatını xilas edəcək əməliyyat üçün ümumilikdə 80.000 ABŞ dolları məbləğində vəsait tələb olunurdu. Ailəsinin dəstəyi ilə bu məbləğin bir hissəsi təmin olunmuş, qalan hissə isə “Nargis” Fondu tərəfindən ödənilmişdir.
Əməliyyat Türkiyənin nüfuzlu tibb müəssisələrinin birində uğurla həyata keçirilmişdir və Loğman artıq sağalma yolundadır.
"Torpaq Əlimdə, Bahar Ürəyimdə" yarmarkasında iştirak edən bütün sponsor və iştirakçılara, eləcə də yardımsevər insanlara göstərdikləri dəstəyə görə təşəkkür edirik!
Bundan başqa, Loğman və ailəsinin Türkiyəyə səfərini aviabiletlərlə təmin edən @azerbaijanairlines -a dərin təşəkkürümüzü bildiririk!