Yenidoğulmuş Məmmədova

“Soyuq Əllər, İsti Ürək” 2024/2025 xeyriyyə yarmarkası sayəsində növbəti uşağa ümid olduq!

Bu dəfə dəstəyimizə ehtiyacı olan körpələrdən biri 2024-cü ilin iyul ayında vaxtından əvvəl dünyaya göz açmış yenidoğulmuş Məmmədova idi. O, ağır bronxopulmonar displaziya xəstəliyindən əziyyət çəkirdi və müalicəsi üçün 1000 AZN tələb olunurdu.

Xeyriyyə yarmarkasında evlərin kirayəsindən toplanan vəsait və xeyirxah insanların dəstəyi ilə bu məbləğ tam təmin edildi və körpə Məmmədova müalicə olundu.

Bu əməliyyatın həyata keçirilməsi “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və sponsorlarımızın yardımları sayəsində mümkün oldu. Onlara və yarmarka iştirakçılarına dərin təşəkkürümüzü bildiririk.