Yarmarkamızın qonaqları “Nargis” fondun himayəsində əməliyyat edilmiş uşaqlar

01/9/20 2:18 PM

2019-cu il “Soyuq əllər, isti ürək” yarmarkasının sonuncu qonaqları xeyriyyə yarmarkamızın əsas səbəbkarları olan və “Nargis” fondun himayəsində əməliyyat edilmiş uşaqlar oldular.

Dekabrın 27-də baş tutan bu dəvətdə il ərzində fond dəstəyi sayəsində əməliyyat edilmiş 20-ə yaxın uşaq öz yaxınları ilə birgə yeni il ab-havası yaşadı. “Mars Academy” tərəfindən təşkil edilən master-klas balaca qonaqlarımıza xoş anlar yaşatdı. Təbrinin davamında Teymur bəy tərəfindən şirin pambıq, “Domino’s Pizza”, “Vyana Şokolad evi”, “Пlove”, “XırtaXırt”- dan dadlı təamlar, soyuq və isti içkilərdən və Vügar bəy tərəfindən popkron, qarğıdalı, şabalıd və yeni il hədiyyələri təqdim edildi. “Nargis” fondu tədbirin təşkilində bizə dəstək olan “Mars Academy”-ya və iştirakçılarımıza dərin minnətdarlığını bildirir!

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *