2 saylı internat-məktəbinin sakinləri yarmarkamızda

Dekabrın 21-də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkamızın növbəti qonaqları Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat-məktəbinin sakinləri oldular. Kamil bəy tərəfindən təşkil edilən “Face-art” əyləncəli proqramından sonra Teymur bəy, Nicat bəy və Fərhad bəy tərəfindən popkorn, Vüqar bəy tərəfindən şabalıd, qarğıdalı, “Bombili Boms”, “Luck Coffee”, “Toms Donuts”, “LokmaYe”, “XırtaXırt”, “Candy shop”, “Əjdaha Dönər”-dən dadlı təamlar, isti və soyuq içkilər təqdim edildi. Fərahim bəy tərəfindən oyuncaqlar, “Shokki Mokki”, “Ozmo”, “Sock Tailor”, “Ulduz”, “VİP-Life”–dan hazırlanan hədiyyələr balaca qonaqlarımız üçün bu günü daha da yaddaqalan etdi. “Nargis” fondu tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə, Kamil bəyə və iştirakçılarımıza dərin minnətdarlığını bildirir.

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *