7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinin sakinləri ilə görüş

12/24/17 12:16 PM

Saray qəsəbəsində yerləşən 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinin sakinləri dekabrın 24-də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qonaq oldular. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına “BakuBus” avtobusları ilə gətirildilər. Xeyriyyə yarmarkasının sevimli qonaqları “Xırtaxırt”, “Chayman”, “Corato”, “Fishport” və “Baku Baker”in ləzzətli təamlarının, eləcə də popkorn və xüsusi üsulla hazırlanmış ləzzətli qarğıdalının dadına baxdılar. Tədbirin sonunda uşaqlara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəyərli hədiyyələr və “Happy Balloons”dan şarlar təqdim olundu.

“Nargis Fund” tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara dərin minnətdarlığını bildirir!

 

    

    

   

     

    

      

      

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *