Balaca Şəhriyara dəstək olaq!

Şəhriyar Əliyevi xilas edək! 9 yaşlı uşağın əməliyyatı və müalicəsi ilə bağlı bütün xərcləri “Nargis Fund” öz öhdəsinə götürüb. Niemann-Pick xəstəliyindən əziyyət çəkən Şəhriyar, əməliyyat edilmək üçün artıq İrana yola düşüb.


 

2006-cı ildə anadan olan Şəhriyar Azərbaycanda bu xəstəliydən əziyyət çəkən ilk şəxs olaraq qeydə alınmışdır və əfsuslar olsun ki, ölkəmizdə hal-hazırda qeyd olunan xəstəliyin müalicəsi üçün heç bir şərait yoxdur. İllərdir müxtəlif müalicələrdən keçməyinə baxmayaraq, hazırki vəziyyəti orta ağırdır.

Nieman-pick xəstəliyi lipid maddələrin pozulması ilə xarakterizə edilən çok nadir xəstəliklərdən biridir. Rəsmi məlumatlara əsaslanaraq, dünyada bu xəstəlikdən əziyyət çəkən cəmi 500 insan var. Bir-biri ilə əlaqəli olan A və B tip xəstəlik 1-cili turşu sfingomyelinazanın çatışmamazlığlı nəticəsində əmələ gələn sfingomielin toplanması ilə xarakterizə olunur və əksər hallarda korluq, karlı və ən çətin mərhəsində ölümlə belə nəticələnə bilir.

Xatırladaq ki, "Nargis" Fund xeyriyyə fondu daha əvvəl keçirilən xeyriyyə auksionlari və "Soyuq Əllər,İsti Ürək" sərgi çərçivəsində toplanan vəsaitin köməyi ilə Şəhriyar Əliyevə müalicə etdi. Hal-hazırda Şəhriyarın əməliyyatı üçün 50min avro tələb olunur. Baxmayaraq ki, tələb olunan məbləğin böyük həcmi fond tərəfindən təşkil olunub, həcmindən asılı olmayaraq bütün ianələr hələ də qəbul edilir. Balaca Şəhriyarın valideynləri bunun sonuncu əməliyyat olacağına güman edir və tezliklə sağalıb ayağa qalxacağına ümid edirlər.

Qeyd edək ki, Nargis Fondu xeyriyyəçilik və bu kimi məqsədlər üçün vəsait toplayan qeyri-kommersiya təşkilatıdır. Fondun əsas məqsədi ehtiyacı olanlara kömək əlini uzatmaq, qadın və uşaq hüquqların qorumaqdır. Fond uşaqlar üçün sığınacaq evlərinə və qocalar evinə yardım göstərən bir sıra layihələr həyata keçirir. Eyni zamanda, xeyriyyə fondumuz hər formada köməyi və həcmindən asılı olmayaraq ianəni qəbul edir.
Aşağıda qeyd olunan hesab nömrəsi vasitəsilə ianələr qəbul olunur;
— Az 19PAHA00000000000010200214 «Nargis Publishing House» MMC Pasha Bank