Balaca Aydına yardım edək!

03/24/16 9:19 PM

Martın 24-də sümük-oynaq sisteminin vərəmindən əziyyət çəkən Aydın İsgəndərov Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Ftiziopulmonologiya institutuna yerləşdirilib. Burada Aydın müayinə olunub və əməliyyat tarixi aprelin 5-nə təyin edilib. 

 

Aprelin 25-də isə “Nargis Fund” tərəfindən əməliyyat, növbəti analizlər və Aydının anası ilə birgə xəstəxanada bir ay qalması üçün ödəniş həyata keçirilib. Bundan başqa, Aydın üçün xüsusi korset sifariş olunub. 

Bu xeyirxah işdə bizə dəstək olan bütün şəxslərə, o cümlədən “Pasha Travel” şirkətinə və “Super analar” qrupuna öz minnətdarlığımızı bildiririk!

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *