Talassemiya 15/02/21

Röya Quluzadə

Əziz izləyicilərimiz! Karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində Türkiyəyə göndərilən ailələrdən biri də fondumuza daha öncə müraciət edən və talassemiya xəstəliyindən əziyyət çəkən- Röya Quluzadədir. Keçən ilin noyabr ayında Röya “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurla sümük iliyi nəqli əməliyyatı olundu. 6 aylıq uzun və qəliz müalicə periodundan keçməsinə baxmayaraq, böyük fərəh hissi ilə bildirmək istərdik ki, Röya uğurla xəstəliyin öhdəsindən gəldi və tam sağlamlığına qovuşdu.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Röya və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!