“Nargis” Fondu və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərəfindən xeyriyyə aksiyası.

Dekabrın 27-i, Yeni il bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin dəstəyi ilə Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 30 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi. Korporativ sosial məsuliyyət sahəsində fəallığı ilə seçilən @ask.gov.az - a dərin minnətdarlığımızı bildiririk! ❤️