Qurban bayramında “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası

Əziz dostlar! Qurban bayramında “Nargis” Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi. Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 50 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi.
Layihə “Unibank”, “Salam Doktor”,
”Peşəkar Futbol Liqasi”-nın sponsorluğu və “Yango”nun təşkilati dəstəyi ilə həyata keçirildi.
Eyni zamanda, @salamdoktor.az uşaqlı ailələrə, həmçinin fiziki məhdudiyyətli şəxslərə bir ay ərzində ödənişsiz tibbi konsultasiya xidmətləri həyata keçirəcək.