Yeni il bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi.

Yeni il bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi.
Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 50 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi. Qeyd edək ki, xeyriyyə aksiyası “Bank Respublika”, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, ”Peşəkar Futbol Liqasi”-nın sponsorluğu və “Yango”nun təşkilati dəstəyi ilə həyata keçirildi.
Qoy bayram sevinci heç bir evdən əskik olmasın!
Sevgi ilə, “Nargis” Fondu!