Yarmarkalar 23/12/21

Macarıstan səfiri Viktor Sederkenyi yarmarkada “Bal-nar-dost” şirniyyatını payladı

Sürprizlərimiz davam edir! Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi yarmarka ziyarətcilərini sevindirdi. Cənab səfir yarmarkada yerləşən “Yummy Truck” restoranında Macarıstan – Azərbaycan dostluq münasibətlərinin rəmzi olan şirniyyatlar payladı. Macar kulinariya reseptləri əsasında hazırlanan “Bal-nar-dost” adlandırılan şirniyyatlarda Göyçay narı, İsmayıllı balı və Azərbaycanda istehsal olunan başqa ərzaqlardan istifadə olunub. Kimlər şirniyyatı dada bildi?