Xəbərlər 14/12/17

12 saylı uşaq evinin sakinləri “Soyuq Əllər,İsti Ürək” yarmarkasında

Dekabrın 14-də “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının qonaqları Şüvəlan qəsəbəsində yerləşən 12 saylı uşaqlar evinin sakinləri oldular.

Fokusçu Anar tərəfindən təşkil edilən əyləncə proqramından sonra uşaqlara “Pizza Mizza”dan dadlı təamlar,”Barista Chef”, “Cake&Bake”və “Ilpatio” tərəfindən sərinləndirici içkilər təqdim edildi. Balkhoorma, Azərbaycan çayı, Xırtaxırt, Seaport, Kinderville, Happybuddy, Conte, World Telecom və Vüqar müəllim tərəfindən hazırlanmış xüsusi qarğıdalı və şirniyyatlar, eləcə də kiçik hədiyyələr uşaqlar üçün bu günü daha yaddaqalan etdi.

Tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə və “IL Patio” restoranına dərin minnətdarlığımızı bildiririk!