Xəbərlər 16/01/24

«Azərbaycan Uşaqları» İctimai Birliyi-Uşaq Siğinacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün Yeni İl şənliyi keçirildi

Yanvarın 16-sı «Nargis» Fondun dəstəyi ilə «Badamdar Hotel & Residences» -də «Azərbaycan Uşaqları» İctimai Birliyi-Uşaq Siğinacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün Yeni İl şənliyi keçirildi!

Bildiyiniz kimi, daha öncə uşaqlar tərəfindən Şaxta babaya yazılmış məktublar «Badamdar Hotel & Residences»-də qurulmuş şam ağacını bəzədi. Ötən ay ərzində otelin ziyarətçiləri bu məktubları alaraq uşaqların arzularını reallaşdırdı. Bu özəl günü ləzzətli yeməklər, yeni təəssüratlar və paylanılan hədiyəllər balaca dostlarımız üçün unudulmaz etdi.

Tədbir zamanı @anar_magic tərəfindən təşkil olunan sehrli şou-proqram balaca dostlarımızın gününü daha möhtəşəm etdi.

Layihənin həyata keçirilməsində «Badamdar Hotel & Residences» komandasına dərin minnətdarlığımızı bildiririk!

Eyni zamanda , bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə təşəkkür bildiririk!