Xəbərlər 24/08/23

Balaca dostlarımızdan bizə hədiyyə!

Məsumluğu, həyatsevərliyi və yaradıcı enerjisi ilə seçilən uşaqlar bizim gələcəklə bağlı ən vacib ümid mənbəyimizdir. Uşaqlar ən xırda anlarda belə gözəllikləri görməyi və onlara ayrılmış diqqətə görə təşəkkür etməyi yaxşı bacarırlar.
Bizim balaca dostlarımız öz təşəkkürlərini rəsm əsərləri ilə bildirməyə qərar verdilər.
Hər bir rəsm onların ruhunun kiçik bir əksidir, onlara göstərilmiş yardım və diqqətə görə minnətdarlıq hissinin təzahürüdür.
Təbii ki, «Nargis» Fondunun komandası bu gözəl təşəbbüsü qürurla qəbul etdi. Biz isə bu sevinci sizinlə bölüşmək qərarına gəldik!