Xəbərlər 04/12/21

Bizim əziz tərəfdaşlar!

Uzun aradan sonra “Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası fəaliyyətə başladı. “Nargis” Fondu tərəfindən təşkil olunan builki xeyriyyə yarmarkasının sponsorlarını sizə təqdim edirik: “PAŞA Holdinq”, “Azercell”, “Coca-Cola”, “Boutique One”, “XırtaXırt”, “AzPromo”, “Made in Azerbaijan”, “ASCO”, “MuğanBank”, “Kalinka”, “Shokki Mokki”, “Azərçay”, “Super Sun”. Rəsmi tərəfdaşlarımız: Bakı Şəhər İcra Hakimiyyəti, Azərişıq, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları, Mediline Group Assistance, Paşa Holdinq təhlükəsizlik xidməti.

Xatırladırıq ki, yarmarkadan toplanan vəsait körpələrin müalicə və əməliyyat xərclərinə yönləndiriləcək. ”Nargis” Fondu adından bütün sponsor və tərəfdaşlarımıza göstərdikləri mühüm dəstəyə görə dərin minnətdarlığımızı bildiririk!