Xəbərlər 18/03/24

"Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasının balaca qonağları ilə unudulmaz bir gün

«Nargis» fondun sayəsində martın 13-də Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin sakinləri @ferma_art_ - da maraq və sevinc dolu bir gün keçirtdilər.
Tədbir zamanı balaca dostlarımız ilə doyunca əyləndik, dadlı yeməklər yedik və onlar üçün masterklass keçirtdik.

@vyana_sokolad_evi@mochiki.az tərəfindən təqdim edilən dadlı təamlar uşaqlar üçün bu günü daha da xoş etdi.

Günün davamında balaca qonaqlarımız «Torpaq əlimdə, bahar ürəyimdə» yarmarkasına yollandılar. Orada onlarla əyləndik, oynadıq və xatirələr dolu bir gün keçirtdik!

«Nargis» fondu tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə və iştirakçılarımıza dərin minnətdarlığını bildirir!