Xəbərlər 25/12/16

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində görüş

Yeni il bayramı ərəfəsində “Nargis” xeyriyyə fondunun əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbini ziyarət ediblər. Uşaqlara fondun adından Yeni il küknarı, oyuncaqlar, geyim əşyaları və dəftərxana ləvazimatları, eləcə də “Procter & Gamble” şirkətindən hədiyyələr təqdim olunub.