Xəbərlər 25/12/16

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin sakinləri ilə görüş

Dekabrın 25-də Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının qonağı olublar. Tədbir çərçivəsində uşaqlar “Fresh Catering”, “Bon appetite” və “Top kimi” şirkətlərlərinin təqdim etdiyi ləziz təamlardan dadıb və professor Nikolyanın şousunu izləyiblər. Sonda balacalara Azərbaycan Beynəlxalq Bankının adından müxtəlif hədiyyələr paylanılıb. Uşaqlara bayram sevinci yaşatmaqda dəstək olduğunuz üçün təşəkkür edirik!