Koxlear 10/02/20

Leyla Nəsirova

Bildiyiniz kimi, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Daha öncə, “Nargis” Fonduna anadangəlmə eşitmə qüsurundan əziyyət çəkən Lalə və Leyla Nəsirova bacılarının valideynləri müraciət etmişdilər. İndi isə xeyriyyə yarmarkamız sayəsində sağlamlığına qovuşan Leyla Nəsirova ilə sizi tanış etmək istərdik. 5 yaşlı Leyla Nasirova- noyabr ayında “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birində uğurla əməliyyat olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, o cümlədən Leylanı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk! Leylanın ilk təəsüratlarını sizinlə bölüşürük!