Koxlear 03/03/21

Əli Həsənli

Karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində Türkiyəyə göndərilən bir digər balamızla sizləri tanış etmək istərdik. Bu dəfəki hesabatımız fondumuza daha öncə müraciət edən və ağır eşitmə qüsurundan əziyyət çəkən Əli Həsənli haqqındadır. Keçən ilin yanvar ayında Əli “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurla koklear implant əməliyyatı olundu. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazının taxılması prosesi həyata keçirildi.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Əli və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!