Koxlear 17/03/21

Rəsul Heybətov

Karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində Türkiyəyə göndərilən bir digər balamızla sizləri tanış etmək istərdik. Bu dəfəki hesabatımız fondumuza daha öncə müraciət edən və ağır eşitmə qüsurundan əziyyət çəkən Rəsul Heybətov haqqındadır. Keçən ilin fevral ayında Əli “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurla koklear implant əməliyyatı olundu. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazının taxılması prosesi həyata keçirildi.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Rəsul və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!