Новости 08/12/17

Детишки из детского дома номер 1 для детей с особенностями физического развития на благотворительной ярмарке

Dekabrın 8-də yarmarkamızın qonaqları Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri oldular.

Fokusçu Anar tərəfindən təşkil edilən əyləncə proqramından sonra uşaqlara “Mr.Chef”dən dadlı təamlar və meyvə suları, “Azərbaycan çayı” tərəfindən isti içkilər təqdim edildi. Balkhoorma, Xırtaxırt, Seaport, Corn Dog, Chelebi, Oxxo və Vüqar müəllim tərəfindən hazırlanmış xüsusi qarğıdalı və şirniyyatlar, eləcə də kiçik hədiyyələr uşaqlar üçün bu günü daha yaddaqalan etdi.