Haqqımızda

“Nargis” fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Fondumuz fəaliyyət müddəti ərzində aztəminatlı ailələrə və xüsusi diqqətə ehtiyacı olan uşaqlara yardım etmək üçün bir sıra xeyriyyə tədbirləri keçirməyə nail olmuşdur. Vəzifəmizin həyata keçirilməsinə töhfə verəcək hər formada ianəni qəbul edirik və bu məqsədlə göstərilmiş dəstək üçün sizlərə minnətdarıq.

Təşkilatımızın təməlini mərhəmətli və bu kimi işlərdən məmnuniyyət duyan xeyirxah insanlar təşkil edir. Xeyriyyə tədbirlərinin təşkili, müalicə və əməliyyat kimi məsuliyyətli işlərin planlaşdırılmasında öhdəçilik, ianələrin ehtiyacı olan uşaqlara çatdırılmasında isə vasitəçilik rolu oynayan fondumuz bu prosesin mümkün qədər asanlaşdırmasına çalışır.

Bizim komandamız yeniliklərə açıqdır. Biz hər zaman sizin təkliflərinizi və fikirlərinizi dinləməyə, onların effektiv şəkildə həyata keçirilməsinə kömək etməyə hazırıq. Biz fəxr edirik ki, hər il könüllülərimizin və xeyriyyəçilərimizin sayı artır! Uşaqların həyatlarına biganə qalmayan hər kəsə təşəkkür edirik!