7 iyun tarixində "Rixos Quba" otelində Azərbaycan qold Federasiyası tərəfindən qolf üzrə turnur keçirildi. Tədbirin proqramına "Nargis" fondu və "Olive Project" reklam agentliyi tərəfindən təşkil olunmuş xeyriyyə hərracı daxil oldu. Hərracdan öncə NARGİS nəşriyyat evinin direktoru Könül Nağıyeva qonaqları salamladı, daha sonra isə öz nitqində onları Nimann-Pik diaqnozu qoyulmuş balaca Şəhriyar Kərimovun taleyində iştirak etməyə dəvət etdi. Bu, nadir genetik xəstəlikdir və Azərbaycanda ilk dəfə qeydiyyata alınıb. Hərrac üçün YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təsis edilmiş “YAY” müasir incəsənət qalereyası və “Vault Prive” lyuks klass centlmen klub butiki bir neçə lot təqdim edib. Hərracda təqdim olunmuş 5 lot incəsənət, heykəl əsərləri və kişi aksesuarlarıdır. Hərracda ən bahalı lot NAR nərdi oldu. Lövhənin dizaynının əsasında Azərbaycan ənənələri və mədəniyyəti, bolluq və bərəkətin simvolu olan nar dayanır. Nərdin hər bir detalı əl işi ilə peşəkar Britaniya ustaları tərəfindən hazırlanıb. “NAR” nərdləri ümumilikdə 10 dənədən ibarət olmaqla limitli kolleksiyadır və yalnız Bakıdakı VAULY prive butikindən əldə etmək mümkündür. Hal-hazırda bu, kolleksiyanın ilk ekzemplyarı idi.NARGİS nəşriyyat evinin direktoru Könül Nağıyeva da laqeyd qalmadı və hərracda iştirak etdi. O, YaY müasir incəsənt qalereyasından müəllifi Ramal Kazım olan "Billiard" adlı rəsmi əldə etdi.