İftar 19/03/26

Binəqədidə Ramazan sevinci

Əziz dostlar!

Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini paylaşmaq və birlik ruhunu gücləndirmək məqsədilə 17 mart tarixində “Nargis" Fondu tərəfindən Binəqədi məscidində iftar süfrəsi təşkil olundu.

İftar süfrəsi ətrafında bir araya gələn qonaqlar bu mübarək ayın bəxş etdiyi mərhəmət, paylaşma və həmrəylik hisslərini birlikdə yaşadılar. Səmimi söhbətlər və dualarla yadda qalan bu axşam hər kəsin qəlbində xoş izlər buraxdı.

“Nargis" Fondu olaraq inanırıq ki, belə təşəbbüslər cəmiyyətimizdə birlik və qarşılıqlı dəstək ruhunu daha da gücləndirir.

Allah tutulan orucları və edilən duaları qəbul etsin.