2-4 aprel tarixlərində “Nargis” Fondu tərəfindən Lənkaran şəhərində qurulmuş çadırlarda Lənkaran və ətraf kəndlərdə yaşayan sakinləri üçün iftar süfrələri təşkil olunub.
3 gün ərzində hər gün qonaqlara sulu xörək, aş qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər, kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edildi.
Layihə ərzində yüzlərlə insan iftar süfrəsində bir araya gəldi.
Qeyd edilir ki, “İftar çadırları” layihəsi “Nargis” Fondu tərəfindən 2019-cu ildən etibarən Ramazan ayında keçirilir. Layihə çərçivəsində insanların rahatlığı üçün xüsusi hazırlanmış beş ədəd şərq üslubunda çadırda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.