Ramazanın paylaşmaq və birlik ruhunu ən gözəl şəkildə hiss etdiyimiz axşamlardan biri
16 mart tarixində Zirə məscidində “Nargis” Fondu tərəfindən 300 nəfərlik iftar süfrəsi təşkil olundu. Bu süfrə sadəcə iftar deyil, insanların bir araya gələrək eyni niyyət və dualarla birləşdiyi, səmimiyyət və mərhəmətin paylaşıldığı xüsusi bir an oldu.
Bu cür görüşlər Ramazanın əsl mahiyyətini – paylaşmağı, qayğı göstərməyi və birlikdə olmağın dəyərini bir daha xatırladır.
Allah orucunuzu qəbul etsin!
