“Nargis” Fondu və 2020-ci ildə Azərbaycanda yaradılmış ilk avtomatlaşdırılmış kraudfandinq platforması olan Wish.az əməkdaşlığı çərçivəsində www.nargisfund.com saytının “Xeyriyyə” bölməsində artıq hər kəs xeyriyyə yönümlü layihələr yerləşdirə və onlara bir kliklə dəstək ola bilər. Platformanın dəstəyi ilə Fondun rəsmi vebsaytına tətbiq edilmiş bu yenilik sayəsində həm ianə verən, həm ianə alan üçün ianə etmə prosesi daha asan, daha şəffaf, ən önəmlisi isə, daha etibarlı olacaq.
Saytda xeyriyyə layihəsi yerləşdirmək istəyən hər bir kəs www.nargisfund.com saytına daxil olub qeydiyyatdan keçməli və xüsusi xanaları doldurmalıdır. Bununla o, layihə yaratmış olur. Layihə - saytda yerləşdirilən, toplanan vəsaitlərin səbəbini və məqsədini əks etdirən elandır. Sayta yerləşdirilən hər bir elan “Nargis” Fondunun əməkdaşları tərəfindən yoxlanılır və daha sonra təsdiqlənir. Toplanan ianələr elanı yerləşdirmiş şəxsin kart hesabına epoint.az vasitəsilə birbaşa köçürülür. Tələb olunan məbləği və yığılmış məbləğin miqdarını sayta daxil olan hər bir kəs izləyə bilər.
Artıq www.nargisfund.com saytına daxil olaraq dəstəyə ehtiyacı olan iki uşağın layihələri ilə tanış olmaq və dünyanın istənilən yerindən beta talassemiyadan əziyyət çəkən Mirməhəmməd Əhədova və kəskin leykozdan əziyyət çəkən Amin Musazadəyə dəstək olmaq mümkündür.
Bu sistem Azərbaycanda texnoloji həllərin işlənib hazırlanması və təmin edilməsi sahəsində fəaliyyət göstərən “Global Innovations” tərəfindən hazırlanmış və tətbiq edilmişdir. Şirkətin rəhbəri Zeynal Kərimzadə bildirir ki, “Bu cür platformanın yaradılmasının əsas səbəbi insanların ehtiyaclarının qarşılanması üçün başlatdıqları vəsait toplama prosesini ağartmaq, pulun yığılması və ödənilməsi mexanizmini tam avtomatlaşdırmaqdır. İnternetdə aparılan pul yığımları zamanı müxtəlif sosial şəbəkələrdə və messencerlərdə bank kartları açıq şəkildə göndərildiyini nəzərə alaraq platformanın yaradılmasında pul yığımı ilə məşğul olan şəxslərin kart məlumatlarının mühafizəsi məqsədi də qarşıya qoyulmuşdu. Avtomatlaşdırılmış kraudfandinq mexanizmimizi “Nargis” Fondunun xeyriyyəçilik sisteminə uyğunlaşdıraraq daha geniş auditoriyaya vəsait toplamaqda köməklik göstərəcəyik.”
Artıq siz tam ödənişsiz, etibarlı və asan şəkildə xeyriyyə yönümlü elanlarınızı “Nargis” xeyriyyə fondunun saytında yerləşdirə və digərlərinə asanlıqla dəstək ola bilərsiniz. Özünüzü və məlumatlarınızı qoruyun.