Azərbaycan Respublikasının xalq artisti Röya ilə Milli Onkologiya Mərkəzində unudulmaz bir gün.

15 fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu münasibətlə “Nargis” Fondu Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlar üçün unudulmaz bir gün keçirdi.
Mərkəzdə müalicə alan uşaqlardan biri Ayan Babazadədir. Daha öncə öyrəndik ki, Ayanın ən böyük arzularından biri ən sevdiyi ifaçı, Azərbaycan Respublikasının xalq artisti Röya @royaofficial ilə görüşmək və onun ifasında canlı “Ayan” mahnısı eşitməkdir. Röya xanım Ayan balamızın arzusunu reallaşdırdı və “Nargis” Fondunun kollektivi ilə birlikdə Uşaq Klinikasında müalicə alan bütün uşaqlara baş çəkdi və hədiyyələr payladı.
Ən gözəl dərman sevgi və müsbət enerjidir. İnanırıq ki, bu özəl gün onların yaddaşında ömürlük həkk olunacaq. Qoy hər bir ağır xəstəliklə mübarizə aparan uşaq bir gün sağlam oyansın. ❤️