Formula Drift Azerbaijan

7-8 sentrabr tarixində FDA Azərbaycan Avtomobil Federasiyasının rəsmi təsdiqi ilə keçirilən Formula Drift yarışmasında «Nargis» Fondunun təşkilati dəstəyi ilə xüsusi yemək və əyləncə zonaları quraşdırıldı.

Yarış müddəti «Nargis» fondun komandası 1 saylı uşaq evi sosial xidmət müəssisənin uşaqları ilə birlikdə möhtəşəm, həyacan və xatirələr dolu bir vaxt keçirtdi!
Dostlarımız ilə yarışmanı izlədik, pilotlarla tanış olduq, dadlı yeməklər yedik və birlikdə əyləndik.
Balaca qonaqlarımıza sevinc dolu anlar yaşadan və bizə dəstək olan «Fryday», «Shokki Mokki» və “İdea Food” brendlərinə dərin minnətdarlığımızı bildiririk!

Tədbirin sonunda isə bütün Formula qonaqları üçün yüksək səviyyədə təşkil olunan konsertə görə “Özəl Media”-ya dərin minnətdarlığımızı bildiririk!
Ayrıca olaraq konsertin qonaqlarını və iştirakçılarını sevindirən və sevilən hitlərini ifa edən sənətçilərimizə təşəkkürümüzü bildiririk!