"Nargis" Fondu 1 Saylı Uşaq Evinin sakinləri ilə VR dünyasına səyahət etdi

Dekabrın 20-si “Nargis” Fondu 1 saylı uşaq evinin balaca sakinləri üçün sevgi və qayğı ilə dolu bir gün təşkil etdi. Balaca dostlarımız "Another World" oyun məkanında virtual reallığın sehrinə qapılaraq maraqlı anlar yaşadılar. Daha sonra "Pizza Mizza" tərəfindən təqdim olunan ləzzətli yeməklərdən dadıb ürəklərincə əyləndilər. Günün daha bir sevincli anı isə “Nargis” Fondunun uşaqlar üçün Yeni il hədiyyələrinin təqdimatı oldu. Bu gözəl xatirələrin yaranmasına dəstək olan "Another World", "Pizza Mizza" və nəqliyyat prosesində kömək göstərən "Bakubus MMC"-ə ürəkdən təşəkkür edirik. Birlikdə daha çox uşağın üzünü güldürməyə davam edək!