“Nargis” Fondu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan uşaqlar ilə "Cırtdan Show"-da

21 dekabr tarixində “Nargis” Fondu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan uşaqlar üçün Yeni il şənliyi təşkil etdi. Balaca qonaqlarımız “Cırtdan Show” tamaşasını maraqla izlədikdən sonra, "Pizza Mizza" restoranlar şəbəkəsində yemək yeyib şənlik keçirdilər. Günün sonunda onlara "The Entertainer" tərəfindən təqdim olunan hədiyyələrlə birlikdə 2024-cü ilin son günləri yaddaşlara gülüşlə həkk olundu.

Bu tədbirin gerçəkləşməsində bizə dəstək olan "BakuBus MMC", "ITicket.az", "Pizza Mizza", "The Entertainer" və digər dəstəkçilərimizə dərin minnətdarlığımızı bildiririk. Onların köməyi ilə balaca qonaqlarımıza unudulmaz bir gün yaşatdıq.