Ödənişsiz həkim müayinəsi

Türkiyənin Acibadem Xəstəxanasından olan üç peşəkar və yüksək ixtisaslı həkimin Bakıya səfəri “Nargis” Fondunun vasitəsilə baş tutdu.

Bu gün həkimlər Baku Medical Plaza-da uşaqlar üçün ödənişsiz konsultasiya və müayinələr həyata keçirdilər. Görüş zamanı valideynlərin sualları ətraflı şəkildə cavablandırıldı, hər bir uşağa isə fərdi və diqqətli yanaşma göstərildi.

Bu xeyirli təşəbbüs ailələr tərəfindən böyük rəğbətlə qarşılandı. Bu dəyərli dəstəyə və əməkdaşlığa görə Acibadem həkimlərinəBaku Medical Plaza komandasına “Nargis” Fondu adından səmimi təşəkkürümüzü bildiririk.