“Park Bulvar” AVM-də xeyriyyə yarmarkası

22-23 aprel tarixlərində "PARK BULVAR" ticarət mərkəzində "Nargis"fondu tərəfindən xeyriyyə yarmarkası keçirilmişdir. Toplanmış bütün vəsaitlər anadangəlmə eşitmə qüsurundan əziyyət çəkən Murad Muradlının əməliyyatına yönləndirildi. Satışa "Carrousel"-dən şirniyyatlar, "Af Boutique"-dən hədiyyələr, "Handmade by Mooncrown"-dan müxtəlif aksesuarlar, bijuteriya, əl işləri və oyuncaqlar çıxarılmışdır. Yarmarkanın keçirildiyi iki gün ərzində 792,40 AZN məbləğində pul vəsaiti yığılmışdır. Qeyd edək ki, iki yaşlı Murad Muradlının əməliyyatının Azərbaycanda keçirilməsi mümkün olmadığından, o, İstanbulun "Kolan" klinikasında əməliyyat olunmalıdır. Murada koxlear implantasiya əməliyyatı tələb olunur.