24 dekabr tarixində The Woo restoranında “Nargis” Fondu ilə birlikdə 11 saylı inteqrasiya tipli internat məktəbinin 50 nəfər sakini üçün unudulmaz Yeni il şənliyi təşkil olundu.
Gülüşlər, səmimi anlar və Yeni ilin sehrli ab-havası hər kəsi əhatə etdi
Bu gözəl günün ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür edirik.
@thewoowhitecity tədbirin keçirildiyi məkan olaraq bu bayrama isti atmosfer bəxş etdi. Eyni zamanda uşaqlara hədiyyələr təqdim edərək bu günü daha da unudulmaz etdi.
@anar_magic əyləncəli çıxışları ilə uşaqların diqqətini özünə cəlb etdi və onları valeh etdi.
@face_art_aya üz boyamaları ilə uşaqlara öz obrazlarını seçmək və yaradıcılıqlarını ifadə etmək imkanı yaratdı.
@bakubus_official isə tədbirin baş tutması üçün nəqliyyat dəstəyində rol aldı.
Hər kəsə təşəkkür edirik!
