“PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə 19-20 iyul tarixlərində Bakıda “GəncLink” Forumu keçirildi.
Layihəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib.
İki gün davam edən Forum çərçivəsində gənc iştirakçılar STEAM və texnologiya sahəsini əhatə edən intensiv vorkşoplara qatıldı.
«GəncLink» Forumun məqsədi innovasiyalara və müasir texnologiyalara marağı olan uşaqları bir araya gətirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, eyni zamanda, uşaqlarda komanda işi, yaradıcılıq, tənqidi düşüncə kimi mühüm bacarıqları inkişaf etdirməkdir.
İştirakçıların Forum müddətində transferi “BakuBus” MMC tərəfindən təşkil olundu.