11 və 12 mart tarixlərində Ramazan ayı ərəfəsində ehtiyacı olan ailələr üçün növbəti ərzaq yardımı aksiyası həyata keçirildi. Bu iki gün ərzində ümumilikdə 205 aztəminatlı ailəyə ərzaq bağlamaları təqdim olundu.
Bakı şəhərinin müxtəlif qəsəbə və kəndlərindən, eləcə də rayonlardan gələn ailələr Ramazan ayına hazırlıq üçün ərzaq yardımı ilə təmin olundular. Paylaşma və həmrəylik ruhunun daha da gücləndiyi bu günlərdə birlikdə xeyirxahlıq etmək bizim üçün böyük sevincdir.
Eyni zamanda, ailələrin ərzaq qutuları ilə rahat şəkildə evlərinə yola salınmasına göstərdikləri nəqliyyat dəstəyinə görə @yango.az -ya xüsusi təşəkkürümüzü bildiririk.
Qoy bu mübarək Ramazan ayı hər bir evə bərəkət, ruzi və xeyir gətirsin.
