Beyləqanda yardım aksiyası keçirildi

Bayram ərəfəsində “Nargis” Fondu, @bank_respublika@cocacola_az - ın sponsor dəstəyi və Beyləqan İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Beyləqan şəhəri və ətraf kəndlərdə yaşayan 141 şəhid ailəsi üçün bayram sovqatları çatdırıldı.


Bu təşəbbüs bizə əmanət olan şəhid ailələrinə bayram sevinci bəxş etməyə və onlara dəstək olmağa kömək oldu.
Bütün Azərbaycan xalqı və eləcə də Beyləqan sakinlərini qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edirik!