Safura Məmmədova daha öncə bizim fonda yardım üçün müraciət etmişdi. Dövlət tərəfindən ayrılmış sosial yardıma əsasən, o tək başına 2 övlad- 6 yaşlı Fəridi və 2 yaşlı Yusifi-yetişdirir,eyni zamanda əlil anasının qeydinə qalır. Dünən Şüvəlan ərazisində əlverişsiz şəraitdə yaşayan bu ailəni “Nargis” fond olaraq ziyarət etdik. Əgər siz də Məmmədovlar ailəsinə öz köməkliyinizi göstərmək istəyirsinizsə, əlaqə nömrələrini əldə etmək üçün bizə müraciət edə bilərsiniz.